!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fond sədri: "Türkiyə-Azərbaycan Universiteti hər iki ölkənin təhsilinə töhfə verəcək"

!Reklam – Yazi

“Bu layihə ilə iki qardaş ölkənin təhsil sahəsində də əməkdaşlığı qarşılıqlı surətdə həyata keçiriləcək”.

Bu fikirləri Türkiyə-Azərbaycan Universitetini yaradılmasının hər iki ölkəyə verəcəyi töhfədən danışan AREV  Fondunun sədri Vehbi Oraqçı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan Universitetinin yaradılması həyəcanvericidir:

“Əslində, bu layihənin indiyədək müzakirə edilməməsini hər iki ölkə üçün böyük itki hesab edirəm. Türkiyə bir çox fərqli ölkələrin universiteti ilə əməkdaşlıq edir. Ümid edirəm ki, hər iki ölkənin təhsil sahəsindəki rəhbərləri, idarəçiləri, səlahiyyətli şəxsləri və qurumları, akademikləri və təhsil fondları bu layihəni dəstəkləyəcəklər. Bu layihə ilə iki qardaş ölkənin təhsil sahəsində də əməkdaşlığı qarşılıqlı surətdə həyata keçiriləcək və o, şübhəsiz ki, həm kommersiya, həm də dil, mədəni və sosial birlik baxımından çox böyük bir missiyanı üzərinə götürəcək.

Türkiyə təhsil baxımından artıq xaricdən milyonlarla tələbə qəbul edən bir ölkədir. İnanıram ki, Türkiyə-Azərbaycan Universiteti hər iki ölkənin təhsilinə töhfə verəcək. Təbii ki, bu addımların ardınca akademiklərin konfrans və bəyanatları, tarixi sənədlərin işıqlandırılması iki ölkənin xroniki problemlərinə yeni baxış gətirəcək. Ticarət və diplomatik əlaqələr bəzən tacir və diplomatlarla məhdudlaşa bilər, lakin akademik əməkdaşlıq onilliklərə deyil, əsrlərə öz izini qoyur və ölkələrin sosial və mədəni həyatına rəng qatır. Bir pedaqoq kimi qeyd etmək istərdim ki, bu məni çox həyəcanlandırır”.

İsmayıl Bakuvi

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv