Foqtslu yığmanın növbəti 6:0-lıq məğlubiyyəti

media-hightechnic-468x90
17520
Oyun başa çatdı. Azərbaycan millisi Xorvatiyada ən böyük hesablı və rüsvayçı məğlubiyyətlərindən birini yaşadı – 6:0
***
 
01.13
Xorvatiyada Azərbaycan millisi rüsvayçı məğlubiyyətə uğrayır. Millimiz qapısından altıncı qolu buraxıb. Bu dəfə avtoqol qeydə alınıb. 61-ci dəqiqədə Rəşad Sadıqov topu öz qapımızdan keçirib.
***
 
01.02
Xorvatiya millisi 5-ci qolu da vurdu. Musavat.com xəbər verir ki, 56-cı dəqiqədə Luka Modriç penaltidən fərqləndi.
***
 
00.35
Azərbaycan millisi daha iki qol buraxıdı. 45-ci dəqiqədə İvan Periçiç dubla imza atdb. Birinci hissənin əsas vaxtına əlavı edilmiş dəqiqələrdə isə Marselo Brozoviç Azərbaycan millisini növbəti dəfə məyus edib. Beləliklə, ilk hissə xorvatların 4:0 hesablı üstünlüyü ilə başa çatdı.
***
00.21
Xorvatiya millisi Azərbayncan yığmasının qapısından daha bir qol keçirdi. Musavat.com xəbər verir ki, 34-cü dəqiqədə İvan Periçiç cərimə zərbəsindən sonra futbolçularımızın səhvindən yararlanıb və başla topu millimizin qapısından keçirib.
***
 
13-102014; 23.56
Xorvatiya-Azərbaycan oyununda hesab açılıb. Azərbaycan millisi erkən qol buraxıb. Musavat.com xəbər verir ki, 11-ci dəqiqədə hesabı Andrey Kramariç açıb. Xorvatiya 1 – Azərbaycan 0.
***
 
23.46
Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. H qrupunda mübarizə aparan komandamız üçüncü görüşünü keçirəcək.
Palermo şəhərində İtaliya yığmasına 2:1 hesabı ilə uduzan Berti Foqtsun yetirmələri yenə səfər sınağına çıxacaq. Millimiz hazırda 6 xalla qrup ikincisi olan Xorvatiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Hələ də xal üzünə həsrət qalan komandamız Osiyek şəhərində ilk xalına qovuşmaq niyyətindədir. Qarşılaşmanı isveçrəlilərdən ibarət hakimlər briqadası idarə edəcək. Görüşün referisi isə Stefan Studer olacaq.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
13 oktyabr
23:45. Xorvatiya – Azərbaycan
Baş hakim: Stefan Studer
Baş hakimin köməkçiləri: Sandro Pozzi, Yan-Yves Viçt
Dördüncü hakim: Vital Yobin
Əlavə hakim köməkçiləri: Alain Bieri, Saska Amhof (Hamısı – İsveçrə)
UEFA nümayəndəsi: Mixal Listkeviç (Polşa)
Hakim-inspektor: Leslie Arvin (Şimali İrlandiya)
Osiyek. “Qradski” stadionu
XORVATİYA: 23. Daniel Subaşiç, 5. Vedran Çorluka, 11. Dariyo Srna, 21. Domaqoy Vida, 3. Daniel Pranyiç, 7. İvan Rakitiç, 10. Luka Modriç, 14. Marselo Brozoviç, 20. Mateo Kovaçiç, 17. Mario Mandjukiç, 22. Andrey Kramariç
Ehtiyat oyunçular: 1. İvan Varqiç, 12. Lovre Kaliniç, 2. İvan Tomeçak, 6. Qordon Şildenfeld, 15. İvan Striniç, 19. Hrvoye Miliç, 4. İvan Periçiç, 8. Alen Haliloviç, 9. Domaqoy Antoliç, 13. Duye Çop, 18. İvitsa Oliç.
Baş məşqçi: Niko Kovaç.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 6. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 18. Maksim Medvedev, 3. Rasim Ramaldanov, 19. Rahid Əmirquliyev, 2. Qara Qarayev, 11. Rauf Əliev, 7. Araz Abdulayev, 13. Dmitri Nazarov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Səlahət Ağayev, 10. Rüfət Dadaşov, 8. İlkin Qırtımov, 4. Elvin Yunuszadə, 20. Ufuk Budak, 22. Tərlan Quliyev, 16. Cavid Hüseynov,  21. Taşkın İltər, 9. Məhəmməd Qurbanov, 17. Vüqar Nadirov, 15. Ağabala Ramazanov
Baş məşqçi: Berti Foqts.
 “>Rüsvay olduq: 6:0! (FOTO)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir285/img1653742.jpg' target='_blank'>Yüklə</a>

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600