Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Formula 1" pilotlarının yeni əməkhaqqıları açıqlanıb - SİYAHI

Reklam: Sinerji Pro

“Formula 1” pilotlarının 2020-ci il üçün təqribi illik əmək haqları açıqlanıb.

“Report” xəbər verir ki, siyahını “Racing Elite” nəşri BBC və “Forbes”in məlumatları əsasında dərc edib.

Ən yüksək ödənişli sürücü hazırkı dünya çempionu, “Mercedes” pilotu Lüis Hemilton olacaq. İkinci yerdə “Ferrari”dən Sebastyan Fettel, üçüncü pillədə isə “Renault”dan Daniel Rikkardo qərarlaşıb.

Bu mövsüm maaş almayacaq yeganə pilot “Uilyams”dan Nikolas Latifi olacaq.

“Formula 1” pilotlarının qazancları (milyon dollarla)

1. Lüis Hemilton (“Mercedes”) – 50

2. Sebastyan Fettel (“Ferrari”) – 40

3. Daniel Rikkardo (“Renault”) – 18

4. Maks Ferstappen (“Red Bull”) – 12

5. Şarl Lekler (“Ferrari”) – 9

6. Valtteri Bottas (“Mercedes”) – 7,5

7. Kimi Raykkonen (“Alfa Romeo”) – 4

8. Karlos Sayns (“McLaren”) – 3,5

9. Serxio Peres (“Racing Point”) – 3

10. Esteban Okon (“Renault”) – 1,5

11. Aleksander Albon (“Red Bull”) – 1,2

12. Lens Stroll (“Racing Point”) – 1

13. Romen Qrojan (“Haas”) – 1

14. Kevin Maqnussen (“Haas”) – 1

15. Pyer Qasli (“Alpha Tauri”) – 0,4

16. Lando Norris (“McLaren”) – 0,4

17. Daniil Kvyat (“Alpha Tauri”) – 0,275

18. Antonio Covinatsi (“Alfa Romeo”) – 0,2

19. Corc Rassell (“Williams”)- 0,2

20. Nikolas Latifi (“Williams”) – 0/Report/

Loading...

www.yenicag.az

804
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100