Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

""Formula 1" rayonlarda keçirilsin" - Tanınmış iqtisadçıdan TƏKLİF

“”Formula 1″ yarışından qazanan yalnız oliqarxlar olur”.

Yenicag.az xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start verilməsi fonunda sözügedən beynəlxalq yarışın ölkə iqtisadiyyatına mümkün təsirlərini dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.

İqtisadçının sözlərinə görə, “Formula 1” yarışının indiki halda Bakıda keçirilməsi əhali üçün problemlər yaradır və bu baxımdan yarışın paytaxtda təşkilini müsbət dəyərləndirmək mümkün deyil:

“Yarışın şəhərin əsas yollarında təşkil olunması insanların  işə gedib-gəlməyini çətinləşdirir. Yaxşı olardı ki, yarış Quba, Qəbələ və ya digər bölgələrimizdə keçirilsin. Bu yarışın iqtisadi cəhətdən, xüsusən də turizm sektoru üçün müsbət təsirləri var.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Formula 1”-lə bağlı qazanclar və xərclərə dair açıqlamada bildirib ki, bu yarışdan indiyə kimi 560 milyon dollarlıq gəlir əldə olunub. Lakin bu qazanc büdcədə görünmür və izləmək imkansızdır. Çünki büdcədə ayrı-ayrı şirkətlərin vergi ödəmələri ilə bağlı məlumatlar açıq deyil və kommersiya sirri sayılır. Odur ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin büdcəyə nə qədər ödəniş etdiyi naməlumdur. Sadəcə şirkət bildirib ki, qazancın 300 milyon dolları birbaşa qazancdır. Belə ki, yarışı izləməyə gələn turistlər Bakıda mehmanxanada qalırlar və eyni zamanda restoranlara gedirlər. Nəticədə turistlər müəyyən xərcləmələr edirlər və bu, birbaşa qazanc sayılır. Qeyd olunan xərcləmələrdən bəhrələnən isə mehmanxanaların sahibləri olan oliqarxlardır.

“Formula 1” yarışından sıravi vətəndaşların qazancı olmur. Pandemiya dövrü ilə əlaqədar builki “Formula 1″ yarışından əldə olunan qazanc az olacaq. Bütün hallarda şəffaflıq təmin olunmur və insanlar qazancın hara xərcləndiyini bilmir”.

Gülşən Şərif

www.yenicag.az

539
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100