“Formula-1” trası Bakıda
Bu gün paytaxtın Fairmont otelində “Formula-1” yarışlarının Bakı trasının təqdimatı keçirilib.
Tədbirdə həmçinin “Formula-1” avtoyarışlarının rəhbəri Berni Ekklstoun, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Avtomobil Nəqliyyatı Federasiyasının prezidenti Anar Ələkbərov və trasın dizayneri Hermann Tilke iştirak ediblər.
Tədbirdə çıxış edən B.Ekklstoun Azərbaycanın paytaxtının gözəlliyindən heyran olduğunu bildirib:
“Sizinlə Azərbaycan deyil, ingilis dilində danışdığım üçün üzr istəyirəm. Sizin şəhərinizi böyük tədbir gözləyir. Əminəm ki, tədbir yaxşı keçəcək və heç bir problem olmayacaq”.
Formula-1 üçün yolların hazırlanması üzrə mütəxəssis, alman memar Herrman Tilke isə Bakı trasının özəlliklərindən danışıb:
“Trasın uzunluğu 6000 metr təşkil edəcək. Möhtəşəm yolda bolidlərin orta sürəti 210 km/s təşkil edəcək. Maksimal sürət isə 340 km/saata çatacaq”.
Həmçinin tədbirdə qeyd olunub ki, Bakı ilə Formula-1 yarışlarının keçirilməsinə dair müqavilə 9 il müddətinə bağlanacaq.
Qeyd edək ki, Formula-1 yarışlarının Bakı mərhələsinin keçirilməsi 2016-cı ildən başlayacaq.