Fransa hökuməti həbsxana hücumlarının arxasında narkotik alverçilərindən ŞÜBHƏLƏNİR – Nazir AÇIQLADI

media-hightechnic-468x90

 

Fransa daxili işlər naziri Brüno Retayo bəyan edib ki, Fransadakı həbsxanalara qarşı görünməmiş hücum dalğasının arxasında çox güman ki, narkotacirlər dayanır.

Yenicag.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə o, Fransanın kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində danışıb.

Fransa həbsxanalarına hücumlarla bağlı fikirlərini bölüşən Retayo bildirib ki, bunun arxasında narkotik satan alçaqlar dayanır.

“Bu, ən real ssenarilərdən biridir”, – deyə nazir qeyd edib.

Bu həftə ərzində azı doqquz həbsxana və onlarla əlaqəli qurumlar gecə saatlarında törədilən yanğınlar və digər hücumların hədəfinə çevrilib. Eyni zamanda, bir həbsxana mühafizəçisinin evinin yaxınlığında avtomobil yandırılıb. Nazir bir nəfərin saxlanıldığını təsdiqləsə də, onun bu hücumlarla bağlılığı barədə danışmaq üçün hələ tez olduğunu deyib. Onun sözlərinə görə, bu hücumlar hökumətin Cənubi Amerikadan Avropaya rekord həcmdə kokain tədarükünün qarşısını almaq istiqamətində gördüyü tədbirlərə cavab kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, aprelin 15-də bir sıra Fransız şəhərlərində həbsxanalara hücumlar və penitensiar qurum əməkdaşlarının avtomobillərinin yandırılması halları qeydə alınıb. Aprelin 15-dən 16-na keçən gecə Fransada daha bir neçə oxşar insident yaşanıb. Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, Fransadakı həbsxanalara qarşı görünməmiş hücum dalğasının təşkilatçıları tapılacaq və cəzalandırılacaqlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600