Fransa məhkəməsinin qeyri-adi qərarı
Fransa məhkəməsi qeyri-adi qərar verib.
Fransa məhkəməsi türk vətəndaşı Hülya Beyazitin 5 uşağını əlindən alıb. Qonşularının şikayəti üzrə uşaqlar ailədən götürülərək müvəqqəti baxılması üçün başqa bir ailəyə verilib. Məhkəmə məsələ ilə bağlı qərar qəbul edib. Qərara görə, əgər Hülya Beyazit hicabını açarsa 5 övladı ona qaytarılacaq. Üsyan edən ana övladlarına qovuşmaq istəyir, məhkəmə qərarı ilə razılaşmır.
Hülyanın sözlərinə görə, övladları himayədə olan ailənin dilini başa düşmür, adət-ənənələrdən məhrum olur.
Ana bildirir ki, bu dini ayrıseçkilikdən başqa bir şey deyil.
Xatırladaq ki, Fransada yaşayan türk ailəni övladlarına zor tətbiq etdiyi üçün qonşuları şikayət edib.
(qafqazinfo.az)