Fransa qəzeti Rusiyaya müharibə elan etməyə çağırdı
“Le Point”: “Hitler və Napoleonun yarımçıq qoyduğu işi axıra çatdırmalıyıq, rusların bizi üçüncü dəfə alçaltmasına imkan vermək olmaz”
Fransanın “Le Point” qəzeti ABŞ və Avropanı Rusiyaya qarşı müharibə elan etməyə çağıran məqalə ilə çıxış edib.
* * * * *
XIX əsrdə fransız imperatoru Napoleon I tərəfindən başladılmış və XX əsrdə alman kansleri Hitlerin davam etdirdiyi işi – Rusiyanın fəth olunması və Avropaya tabe edilməsi işini yekunlaşdırmağın vaxtı çatıb.
Biz əsasən pis hava şəraiti üzündən uğursuzluğa düçar olmuş bu iki mühüm cəhd barədə boş-boş çox danışmışıq. Berezina və Stalinqrad dillərə başıpozuqluğun və darmadağın olunmanın sinonimləri kimi düşüb. Avropanın Moskva barədə düşündən dərhal beyninə gələn bu kompleksdən yaxa qurtarmasının vaxtıdır.
Başqa sözlə, Moskvanı götürmək lazımdır. Çünki indi bu mümkündür. XIX əsrdə ABŞ ancaq ikinci dərəcəli regional nəhəng idi və rus tiranı I Aleksandrı onun məkrli baş komandanı Kutuzovla birlikdə devirmək üçün Napoleonun ehiyac duyduğu yeni silahları, qoşunları Avropaya göndərmək üçün resurslara malik deyildi.
XX əsrdə isə xoşagəlməz taktiki səhvlər Hitlerə ABŞ-ın hərbi yardımına müraciət etməyə imkan vermədi. Ona görə də ABŞ rusların müttəfiqinə çevrildi. Xoşbəxtlikdən bu müttəfiqlik uzun sürmədi. İndi bundan söhbət gedə bilməz.
Qüdrətli Şimali Amerikanın və Avropanın liderləri, KİV-ləri nəhayət ki, Rusiyaya dair eyni mövqedədir: ikrah, nifrət və şübhə. Və hətta ən uzaqgörən olmayan NATO strateqinə də gün kimi aydındır ki, bu cür əlverişli vəziyyətdə ancaq bir variant var: Hücuma keçmək. Attack! Attack Russia!
İstənilən müharibənin əsasında əxlaqi və humanitar motivlər dayanmalıdır. Rus dövlətinin şeytani mahiyyətini başqalarından daha tez dərk edən yazıçı Andre Jid cəhənnəmə gedən yolun da xoş niyyətlə salındığını yazırdı.
Siyasətdə də belədir. Xüsusən də xarici siyasətdə. Rusiyaya hücum üçün əxlaqi və humanitar səbəblər isə kifayət qədərdir. Birincisi,Ukraynadır.Ukraynalılar bosniyalıların və kosovoluların 90-cı illərdə yaşadıqlarını 2010-cu illərdə yaşadılar. Onların Krımdan məhrum edilməsi ağır təhqir və ukraynalıların əqli, psixi tarazlıqlarına vurulan güclü zərbə oldu. Lakin iş təkcə bunda deyil. Rusiya artıq birinci il deyil ki, bizə hücum edib onu məhv etmək üçün səbəblər verir. İnternetə azacıq göz gəzdirmək kifayətdir: sarısaç Femen, dəmir qəsəfə salınan milyarderlər, amerikalı satqın Eduard Snoudenə sığınacaq, Putinin fransalı satqın və vergidən yayınan Depardyeyə qucaq açması və s.
Ona görə də Obama və Eştonun parlaq sələflərinin, yəni Napaleon və Hitlerin taleyini həll edən acı səhvləri təkrar etmək lazım deyil! Biz elə indi hərəkətə keçməliyik, əgər onlar kimi olmaq, Stalinqrad ətrafında ilişmək və Berezina çöllərində donmaq istəmiriksə. Düzünü desəm, məndə hətta şübhə yaranır…Ola bilsin biz indi hava şəraitinin zərbəsi altına düşməmək üçün həddən artıq ləngimişik və hücumu 2015-ci ilə təxirə salmaq lazımdır? Axı ruslara bizi üçüncü dəfə alçatmağa imkan vermək olmaz! Heç cür olmaz!(virtual.org).