"Fransa Rusiyanı NATO ilə ÜZ-ÜZƏ QOYUR"
“Fransa Rusiyanı NATO ilə üz-üzə qoyur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.
Politoloq Fransanın Ukraynaya 200 əsgər göndərmə planının pərdəarxası nüanslarını açıqlayıb:
“Rusiya Ukrayna müharibəsi fonunda Rusiyanın Fransa ilə münasibətləri çox gərgindir və Makronun 200-ə yaxın əsgər göndərmək niyyəti şübhəsiz ki, Rusiya tərəfindən də narahatlıqla qarşılanır və bunu sarkazm kimi qələmə verməyə çalışırlar. Məlumdur ki, Luvr müzeyindən əşyalar itmişdi, qiymətli sənəd əsərləri yoxa çıxıb. Rusiya bu 200 əsgərin muzeyin qorunmasına göndərilməsinə çağırış edir. Bu çağırış da bir növ həm Fransanı bu addımdan çəkindirməyə yönəlib, digər tərəfdən isə Fransanı zəif göstərmək məqsədi güdür”.
Politoloq qeyd edib ki, Fransanın Ukraynaya əsgər göndərmə fikri ilk dəfə deyil qüvvəyə minir:
“Digər tərəfdən Fransanın Rusiyaya zərbə vurmaq niyyətinin cəmi 200 nəfərdən ibarət olmaması məsələsi diqqəti çəkir. Bundan əvvəlki dövrdə də Makronun Ukraynaya silahlı qüvvələr göndərməsi haqqında fikir vardı lakin sonradan bu fikir geri götürüldü. Hazırda da hesab edirəm ki, əsgərlərin göndərilməsi müharibədə tamam başqa vəziyyət formalaşdıra bilər. Ona görə ki, bu birbaşa olaraq NATO qoşunlarının Rusiya və Ukrayna sərhəddində toplaşmasına gətirib çıxara bilər. Bu vəziyyətin gərgin olmasından xəbər verir. Biz dəfələrlə bu müharibə müddətində Rusiya və NATO-nun toqquşma ehtimalını görmüşük. NATO-a aid olan ölkələrin hava məkanı pozulur, gərginlik pik həddə çatır, nüvə müharibəsi təhlükəsi yaranır, bu da müharibənin nizamlaması sülh danışıqları ilə paralel şəkildə baş verir”.
Nurlan Cəfəri












