Fransada AES-də yanğın: Reaktorların fəaliyyəti dayandırıldı

media-hightechnic-468x90

Fransanın qərbində yerləşən “Şinon” Atom Elektrik Stansiyasında (AES) iki reaktor yanğın səbəbindən işini dayandırıb.

Bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsi məlumat verib.

“Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatın kəsilməsi reaktorun avtomatik dayanmasına səbəb oldu”, – rəsmi məlumatda bildirilir.

Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu, dördüncü reaktorun da müvəqqəti söndürüldüyü bildirilir.

Bildirilir ki, bu, onun daşmasının və suyun ətrafa yayılmasının qarşısını almaq üçün edilib.

Mənbə: TASS

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600