Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fransada aksiyalar davam edir: 24 nəfər yaralandı

Fransada davam edən “Sarı jiletlilər“in etiraz aksiyasında 5-i polis olmaqla 24 nəfər yaralanıb.

Yenicag.az xarici mediaya istinadən əbər verir ki, etiraz aksiyasında 1619 ərazidə 106 min nəfər iştirak edib.

Gün ərzində Parisdə 42 nəfər, bütün ölkə üzrə isə 130 aksiya iştirakçısı saxlanılaraq dindirilib.

Fransa Prezidenti Emmanuel Makron özünün “Twitter” səhifəsində polis əməkdaşlarına bu gün nümayiş etdirdikləri peşəkarlıqlarına görə təşəkkürünü bildirib. Ölkə başçısı polislərə, jurnalistlərə və digər vətəndaşlara qarşı aqressiv hərəkət etmiş nümayiş iştirakçılarının bu davranışlarını pisləyib. O, “respublika“da zorakılığa yer olmadığını yazıb.

Aksiya iştirakçıları tərəfindən “Midi Libre“ gündəlik qəzetinin Bezye şəhərindəki yerli redaksiyasına hücum olunaraq, vandalizm hərəkətləri törədilib, qəzetin bir jurnalisti fiziki zərbələrə məruz qalıb. Bu gün hökuməti dəstəkləməkdə ittiham olunan daha bir informasiya kanalı BFMTV-nin bir qrup əməkdaşı da verbal aqressiyaya məruz qalıb.

Parisin məşhur Elize çöllərində yerləşən kommersiya məntəqələrinə də ziyanlar dəyib.

Fransanın daxili işlər naziri Kristof Kastaner jurnalistlərə bu gün aksiya zamanı xəsarət alanların sayını keçən həftəsonu ilə müqayisədə azaltmağa nail olduqlarından razı qaldığını bildirib.

Ötən həftəsonu keçirilən aksiyalar zamanı 409 nəfər yaralanıb, bir nəfər aksiya iştirakçısı maşın vurması səbəbindən həyatını dəyişib. Sarı jilet geyinmiş nümayişçilər ölkədə qiymət artımına, xüsusilə yanacağın qiymətinin və yanacağa 2019-cu ildən etibarən tətbiq ediləcək verginin artırılmasına etiraz edirlər./Report/

Loading...

www.yenicag.az

2983
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100