Fransada hökumətə etimadsızlıq nümayiş etdirildi

media-hightechnic-468x90

Fransa Milli Assambleyası Baş nazir Fransua Bayru hökumətinə etimadın əleyhinə səs verib.

Yenicag.az xəbər verir ki, Milli Assambleyada səsvermə belə başa çatıb – Baş nazirə etimadın lehinə 194, əleyhinə 364.

Bayru daha əvvəl Milli Assambleyada keçirilən iclasda deputatlara bildirib ki, deputatların hökumətə etimad göstərməmək qərarı onun istefasına səbəb olacaq, lakin reallığı ləğv etməyəcək. O, 3,4 trilyon avroluq böyük dövlət borcunu xatırladıb və vurğulayıb ki, maliyyə siyasəti dəyişdirilməsə, 2030-cu ilə qədər ona xidmət ölkəyə 100 milyard avrodan çox başa gələcək, 2024-cü ildə isə bu rəqəm 60 milyard avroya çatacaq.

Beləliklə, Fransa Prezidenti Emmanuel Makron 20 ayda dördüncü baş nazirini etimadsızlıq səsverməsində itirir və bu, borc içində olan ölkəni daha da böhrana sürükləyir./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa