Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı xəsarət alanların sayı 65 nəfərə çatıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, yaralananlardan 11 nəfəri polis əməkdaşıdır.
Yaralıların vəziyyəti barədə məlumat verilmir.
Qeyd edək ki, “sarı jiletlilərin” yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları noyabrın 17-də başlayıb. Etirazçıların ilk tələbləri benzinin qiymətinin ucuzlaşması olub.
Fransada yanvarın 1-dən benzinin qiyməti hər litrə görə 2,9 avrosent, dizelin qiyməti – 6,5 avrosent bahalaşacaq.
www.yenicag.az