Fransada ilk exit-pollun nəticələri açıqlanıb

Bu gün Fransada keçirilən prezident seçkiləri ilə bağlı ilk exit-pollun nəticələri məlum olub.

Yeniçağ.Az xəbər verir ki, Belçikanın RTBF telekanalı saat 12.00-a exit-pollun nəticələrinə əsasən sabiq iqtisadiyyat naziri, “En Marche” (Yürüş) Hərakatının lideri Emmanuel Makron və radikal Milli Cəbhənin lideri Marine Le Pen prezident seçkilərinin birinci turunda liderlik edirlər.

Exit-polla əsasən E. Makron səslərin 24 faizini, M. L. Pen səslərin 22 faizini toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 20,5 faiz səslə üçüncü, radikal solun namizədi Jan-Lyuk Melanşon 18 faiz səslə dördüncü yerdə qərarlaşıb. (APA)

Yeniçağ.Az