Trampın "DOMİNO EFFEKTİ" STRATEGİYASI: "Venesueladan fərqli olaraq Kubanı..."

media-hightechnic-468x90

“Tramp Venesueladan fərqli olaraq Kubanı belə rahat ələ keçirə bilməz.”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov bildirib.

media-kazim_kazimov-1

Politoloq ABŞ prezidentinin Venesuela hakimiyyətini devirdikdən sonra Kuba və digər Latın Amerikası ölkələrini təhdid etməyə başlamasını şərh edib:

“Şübhəsiz ki, Venesuelada hakimiyyət dəyişikliyinin çox sürətli şəkildə həyata keçirilməsi ABŞ-nin Latın Amerikasındakı iddialarını daha da gücləndirəcək. Unutmayaq ki, Amerika 1959-cu ildən bəri Kubanı özü üçün bir problem hesab edir və zaman-zaman Sovet İttifaqı ilə Kuba səbəbindən xeyli problemlər də yaşayıb. İndi isə Kuba və ya digər Latın Amerikası ölkələrinə qarşı iddialarına baxsaq, görərik ki, həmin ölkələrin bir hissəsi kommunist, digərləri isə anti-Amerika mövqeyində dayanırlar. Tramp bundan sonra onlar üzərində basqını daha ciddi şəkildə artıracaq. Bu, həm də mərhələli məsələdir. Unutmayaq ki, Venesuelada hakimiyyət dəyişikliyi çox sürətlə həyata keçirildi; amma yeni hakimiyyətin təşkili uğurla baş tutacaqmı, infrastruktur layihələri, iqtisadi islahatlar və siyasi sistemin qurulması sürətlə icra ediləcəkmi  gələcək perspektivi məhz bunlar müəyyənləşdirəcək.”

K. Kazımov qeyd edib ki, Kubadakı oturuşmuş hakimiyyət Trampa problem yarada bilər:

“Kubada vəziyyət bir az daha fərqli ola bilər. Kuba 1959-cu ildən bəri eyni hakimiyyət altındadır və Kuba hakimiyyəti daha ciddi şəkildə formalaşmış bir sistemdir. Kubanın Venesueladan fərqi həm də ondadır ki, onun keçmiş müttəfiqlərinin gözündə dəyəri daha fərqlidir. Birbaşa müdaxilə olmasa da, Venesueladan neft ixracının kəsilməsi elə Kubanın özü üçün daha böyük bir problemə çevriləcək. Hesab edirəm ki, regionun digər ölkələri daha çətin bir dönəmə qədəm qoydular.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa