!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada konstitusiya BÖHRANI: “Makronun siyasəti ölkədə gərginliklər yaratdı”

!Reklam – Yazi

“Əslində, Fransa parlamentli prezident respublikasıdır və məlumdur ki, orada bir neçə il əvvəl Emmanuel Makron qalib gəlmişdi. Amma daha sonra Avroparlament və Fransa parlamentinə seçkilərdə digər siyasi partiya nümayəndələri zəfər çaldı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Siyasi şərhçi Fransa Milli Assambleyasının Bürosu tərəfindən ölkə prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqlənməsi faktına münasibət bildirib.

“Nəticə etibarilə, bir neçə gün öncə də baş nazirlə bağlı qərarın qəbul edildiyini gördük. Faktiki olaraq, hökumət və parlament digər partiyaları təmsil edir. Belə olan təqdirdə, prezident hakimiyyətinin bu gün Makronun əlində olması Fransa siyasi sisteminə çağırışlar gətirir ki, əslində, bu da bir növ konstitusiya böhranı deməkdir”, – deyə o, söyləyib.

Onun fikrincə, belə olan təqdirdə, növbədənkənar prezident seçkilərinin keçirilməsi daha yaxşı olardı:

“Makron bu qərar vermədiyi üçün bir sıra suallar ortaya çıxır. Məsələnin digər tərəfi isə impiçmentin özü ilə bağlıdır. Çünki Makronun son illər apardığı siyasətlə bağlı Fransa daxilində böyük gərginliklər baş verib. Onun daxili siyasətdə bir sıra çağırışlarla üzləşməsi, xarici siyasətdə uğursuzluqlar əldə etməsi baş verib”.

“Bilirik ki, Fransa Avropanın önəmli ölkəsidir. Oradakı impiçment məsələsinin baş tutması, güman ki, digər mərkəzlərin rəyi ilə nəzərə alınacaq. Bütün bunlar bir daha onu göstərir ki, Makron Fransanın uğursuz siyasətçiləri kimi yada qaldı. Fakt isə budur ki, son zamanlar onun legitimliyi ölkə daxilində aşağı düşüb”, – həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Fransa Milli Assambleyasının Bürosu ölkə Prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.

Yerli “Le Figaro” nəşrinin məlumatına görə, təşəbbüs daha əvvəl parlament seçkilərində qalib gələn, ancaq hökumətin qurulması prosesindən kənarda qalan solçu “Fəth edilməyən Fransa” hərəkatı tərəfindən irəli sürülüb.

Rafi Müslümov

COP29

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv