Fransada sirli obyekt peyda oldu – VİDEO

Fransada onlarla şəxs sirli parıldayan işıq müşahidə edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” məlumat yayıb.

Hadisənin 9 noyabrda baş verdiyi bildirilir. Sirli fenomeni ən azı 7 şəhərin sakinləri görüb. Yutubda yayılan videoda parıldayan obyektin yüksək sürətlə manevrlər etdiyi görünür.

Obyektin Aralıq dənizi ərazisindən gəldiyi ehtimal edilir. Obyektin nə olduğu haqda ekspert və meteoroloqlar heç bir izah verə bilməyiblər.