!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada Yay Olimpiya Oyunları zamanı TƏXRİBAT: 800 min sərnişin yollarda qaldı - FOTO

!Reklam – Yazi

2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış Fransa paytaxtının dəmir yolu nəqliyyatında böyük nasazlıq yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın sərnişin dəmir yolu nəqliyyatının əsas operatoru olan SNCF (Société nationale des chemins de fer français) Milli Şirkəti məlumat yayıb.

Şirkətin X səhifəsindəki məlumata görə, hücumlar Atlantik okeanı sahillərinin, şimal və şərqin yüksək sürətli xətlərinə təsir edib.

SNCF qeyd edib ki, qonşu Belçikaya və La-Manş boğazı ilə Londona gedən qatarların hərəkətində fasilələr olub.

Xəbərdə deyilir ki, yüksək sürətli qatar şəbəkəsini pozmağa yönəlmiş böyük hücumdan sonra bir çox qatarın marşrutu dəyişdirilib və ya ləğv edilib.

SNCF daha sonra başqa bir məlumat yayaraq, bildirib ki, dəmir yolu nəqliyyatında yaranan fasilə 800 min sərnişinə təsir edib.
Fransanın nəqliyyat naziri Patris Verqriet mətbuat konfransında bildirib ki, bütün mövcud sübutlar yandırma versiyasını təsdiqləyir. Nazir sosial şəbəkədə yazıb: “Bir çox insanın səyahətini pozacaq bu cinayət əməllərini qətiyyətlə pisləyirəm”.

Fransanın baş naziri Qabriel Attal X-də yazıb ki, “SNCF obyektlərində planlaşdırılmış və əlaqələndirilmiş təxribat aktları həyata keçirilib”. “Kəşfiyyat xidmətlərimiz və hüquq-mühafizə orqanlarımız bu cinayət əməllərinə görə məsuliyyət daşıyanların tapılıb cəzalandırılması üçün səfərbər olunub”, – o əlavə edib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv