Fransalı nazir BƏƏ-dəki hərbi bazaya hücumu təsdiqlədi

media-hightechnic-468x90

Fransanın xarici işlər naziri Jan-Noel Barro Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Fransa milli hərbi-dəniz qüvvələrinə məxsus obyektə zərbə vurulduğunu təsdiqləyib.

media-banner_tuq

Yenicag.az-ın TASS-a istinadən xəbərinə görə, nazir bu barədə Parisdə keçirilən mətbuat konfransında məlumat verib:

“Dünən bizim BƏƏ-dəki hərbi-dəniz bazamızın anqarı Əbu-Dabi limanını hədəf alan PUA hücumuna məruz qalıb. Xoşbəxtlikdən, dəyən ziyan sadəcə maddi və məhdud xarakterli olub”.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda İranın Əbu-Dabidə Fransa qoşunlarının yerləşdiyi hərbi bazaya endirdiyi zərbə obyektdə yanğın baş verdiyi bildirilmişdi. Fransa Silahlı Qüvvələrinin rəhbəri Katrin Votren bazadakı qoşunların hər saat dəyişən vəziyyətə uyğun olaraq maksimum hazırlıq vəziyyətində olduqlarını bəyan etmişdi./Oxu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05