!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransalı vəkil Xocalı soyqırımı ilə bağlı petisiya açıb

!Reklam – Yazi

“Change.org” saytında Xocalı Soyqırımının tanınması ilə bağlı petisiya açılıb.

Fransalı vəkil Oliver Pardo tərəfindən açılan petisiyanı imzalayanların sayı 8 mini keçib.

Petisiyada göstərilir ki, 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır.

Təəssüflə qeyd edilir ki, Fransa ictimaiyyətinin bu faciə haqqında az məlumatı var: “İnsan hüquqlarının ənənəvi müdafiəçisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin tanınmasına böyük önəm verən dövlət kimi Fransa bu soyqırıma münasibətdə fərqli mövqe tutmamalıdır”.

Petisiyada Fransa hökumətinə və beynəlxalq təşkilatlara müraciət edilərək Xocalı soyqırımının tanıdılmasına çağırış edilir.

https://www.change.org/p/petition-pour-faire-reconnaitre-le-massacre-de-khojaly?recruiter=686290955&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive

 

Yeniçağ.az

www.yenicag.az

750
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv