Fridrix Merz: “Putin strateji səhv etdi”
Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiyaya qarşı Avropa İttifaqının (Aİ) 17-ci sanksiyalar paketi mayın 20-də – çərşənbə axşamı günü qəbul ediləcək.
Yenicag.az xəbər verir ki, kansler bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Yeni sanksiyalar paketi artıq hazırdır. Biz onu çərşənbə axşamı – mayın 20-də Brüsseldə qəbul edəcəyik”, – deyə o, söyləyib.
Alman kansler həmçinin Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda iştirakdan imtina etməsinə münasibət bildirib və bunu “strateji səhv” adlandırıb.
“Prezident Zelenskinin danışıqlara qatılması böyük güzəştdir. Putinin iştirak etməməsi isə onun özünü əlverişsiz vəziyyətə salması deməkdir”, – Merz vurğulayıb.