!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füsunkar Türkiyə gözəlliyinin təqdimatı - Fotolar

!Reklam – Yazi

VIII Van Turizm və Səyahət sərgisi öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, Türkiyənin Van vilayətində baş tutan sərgidə ölkənin müxtəlif şəhərlərinin gəzməli yerləri, spesifik ləzzətləri və fərqli gözəllikləri nümayiş olunur. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Van Böyük şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan sərgiyə digər vilayətlərin valilikləri də qatılıb. Təmsil olunan şəhərlər üçün ayrı-ayrı ticarət və sənaye guşələri qurulub. İstehsalçıların məhsullarını tanıtma imkanı əldə etdiyi stendlərdə gözoxşayan mənzərələr təsvir olunub.

28 sentyabrda baş tutan açılışda Vanın bələdiyyə sədri, eyni zamanda valisi Murat Zorluoğlu Türkiyənin turizm sahəsindəki potensialı barədə danışıb. Açılış tədbirində turizm sektorundan olan yerli və xarici nümayəndələr iştirak ediblər.

Sərgidə habelə, Cənubi Azərbaycanın göz bəbəyi olan Təbriz üçün də xüsusi stend ayrılıb. Məhəmmədhüseyn Şəhriyar, Bağırxan və Səttarxan kimi tanınmış şəxslər barədə tanıtım bukletləri ilə yanaşı, şəhərin turizm xəritəsi də iştirakçılara təqdim olunub.

Tədbirin ulduzu isə fərqli göz rəngi və bəyaz tükləri ilə insanları heyran edən Van pişiyidir. Pişiklər üçün keçirilən gözəllik müsabiqəsində qərar vermək olduqca çətin olub.

Qeyd edək ki, VIII Van Turizm və Səyahət sərgisi oktyabrın 1-nə qədər davam edəcək.

Aytək Yusifsoy

www.yenicag.az

1783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv