Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Futbol idarəçiliyini bilməyənlər "Neftçi"ni məhv edirlər - Sabiq vitse-prezident

Reklam: High Technic

“Neftçi”nin son zamanlardakı durumu hər kəsi narahat edir. Hətta azarkeşlər belə dilə gəlib, məşqçini istefa verməyə çağırırlar. Paytaxt klubunun son zamanlardakı vəziyyəti ilə bağlı keçmiş hakim, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov Yeniçağ.az-a danışıb:

“”Neftçi”yə rəhbərlik edənlərin futbol bilikləri göz önündədir. Bütün güclərini qarşıdakı oyuna, qələbə qazanmağa sərf etmək əvəzinə əyləncə keçirirlər.

Buna görə də vacib oyunda 0:2 hesabla məğlub olurlar. Ümumiyyətlə, 3 ildir ki, futbolu, futbol idarəçiliyini bilməyən şəxslər “Neftçi”ni məhv edirlər. Belə davam etməz. “Neftçi” kimlərinsə şəxsi mülkü deyil, xalqın pulu ilə maliyyələşir.

Bu gün onlar 8 komandalı zəif çempionatda azarkeşlərin hissləri ilə oynayırlar. Bu, “Neftçi”yə yaraşmır. Təkcə bu mövsüm kluba 15-16 legioner oyunçu dəvət edilib. Əlacları olsa, erməniləri gətirib başda oturdarlar. Milli ruhu, futbol biliyi, idarəçilik keyfiyyətləri olmayanlarla “Neftçi” düzəlməz”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

369