Futbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşib.
“Report”un məlumatına görə, “Qəbələ” komandası tarixində ikinci dəfə həlledici görüşə vəsiqə qazanıb.
Ukraynalı Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv buna yarımfinal mərhələsinin cavab matçında “İnter”i məğlub etməklə nail olub. Paytaxtda baş tutan görüşdə rəqibini 3:1 hesabı ilə üstələyən “qırmızı-qaralar” Qəbələdəki dueldə 2 cavabsız qolla qalib gəliblər.
“Qəbələ”nin rəqibi saat 19:30-da başlayacaq “Qarabağ” – “Neftçi” görüşünün yekununda bəlli olacaq. İlk oyunda rəqibini səfərdə 2:0 hesabı ilə üstələyən Ağdam klubu həlledici qarşılaşmaya vəsiqə əldə etməyə daha yaxındır.
Qeyd edək ki, “Qəbələ” klubu ilk dəfə 2013/2014 mövsümündə Azərbaycan Kubokunun finalına çıxıb və penalti seriyasında “Neftçi”yə 2:3 hesabı ilə uduzub.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
5 aprel (çərşənbə)
“Qəbələ” – “İnter” 2:0
Qollar: Daniel Subotiç, 12. Baqali Dabo, 33
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1
Yeniçağ.Az
www.yenicag.az