Futbolçu matçın 32-ci dəqiqəsində öldü

media-hightechnic-468x90

fotbolcu meydanda olduFutbol meydanlarında daha bir bədbəxt hadisə baş verib. Yenicag.az apa-ya istinadən xəbər verir ki, Argentinanın “Atletiko Parana” klubunun futbolçusu Kristian Qomes dünyasını dəyişib.

Ölüm hadisəsi “Atletiko Parana”nın “Boka Udinos”la oyunu zamanı baş verib. Matçın 32-ci dəqiqəsində 27 yaşlı futbolçu huşunu itirərək, yerə yıxılıb. Bunu görən qarşılaşmanın baş hakimi dərhal oyunu dayandırıb.

Komandanın həkimləri Qomesin həyatını xilas etmək üçün çalışsalar da, bu, onlara müəssər olmayıb. Müdafiəçi xəstəxanaya aparılarkən, yola keçinib.

Həkimlərin diaqnozuna görə, Qomes ürək tutmasından dünyasını dəyişib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600