Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Futbolçu partidə öldürüldü - Şok olay

Reklam: High Technic

Kolumbiyalı futbolçu Alejando Penaranda qatıldığı partilərin birində silahlı hücuma məruz qalıb.

Yenicag.az xəbər verir ki, ölkəsinin “Deportivo Tulua” klubunda çıxış edən 24 yaşlı futbolçu aldığı güllə yarasından həyatını itirib.

Hadisə zamanı evdə olan digər futbolçu Heissen İzquierdo da ağır şəkildə yaralanıb.

Şahidlər hadisəni belə xatırlayır: “Partiyə gələn naməlum şəxs bir qadın barədə soruşub. Ardınca başqa bir nəfər həyətə daxil olaraq atəş açıb”.

Kolumbiya polisi hadisənin qısqanclıq zəmnində baş verdiyini düşünür.

Futbolçunun xatirəsi Misir və Kolumbiya milliləri arasında keçirilən yoldaşlıq görüşündə bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, Meksikanın “Deportivo Toluka” klubunun futbolçusu Kristian Borja da hadisədən yara almadan xilas olanlar sırasındadır.

Loading...

www.yenicag.az

2783
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100