Son zamanlar siyasi böhranın getdikcə dərinləşdiyi Venesuela qonşu Kolumbiya ilə müharibə vəziyyətindədir.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Venesuela, prezident Nikolas Maduroya qarşı hücum üçün yaradılmış hərbi təlim düşərgələrinin yerlərini bilsə də, buna qarşı Kolumbiyanın tədbir görmədiyini iddia edib.
Bu iddialar nəticəsində iki ölkə arasındakı gərginlik daha da artıb. Nəticədə Venesuela prezidenti Maduro sərhədə 150 minlik hərbi kontingent göndərib.
Qeyd olunur ki, ağır hərbi texnika və şəxsi heyətin nəzərdə tutulan ərazilərə göndərilməsinə başlanılıb. Prosesin sentyabrın 28-nə qədər davam edəcəyi bildirilir.
Firuzə Alimova
www.yenicag.az