!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Futbolumuzda Şaxta baba yaşındakıların bir çoxu cırtdanlar qarşısında ikiqat əyilib”

!Reklam – Yazi

Yeni ilin qədəm qoymasına sayılı günlər qalıb. Geridə buraxdığımız 2018-ci il Azərbaycan futbolu üçün heç də uğurlu sayıla bilməz. Yalnız “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində çıxış etməsini qeyd edə bilərik ki, bu da artıq Ağdam klubunun ənənəsinə çevrilib.

Futbolumuzun mövcud mənzərəsinin 2019-cu ildə də dəyişəcəyi inandırıcı deyil. Bəs, görəsən, futbol mütəxəssisləri Yeni il ərəfəsində Azərbaycan futbolu üçün Şaxta babadan nə istəyirlər?

“Futbolumuzda Şaxta baba yaşındakıların bir çoxu cırtdanlar qarşısınıda iki əyilib”

Tahir Süleymanov, “Neftçi”nin sabiq vitse-prezidenti, futbol mütəxəssisi: “Azərbaycan futbolunda Şaxta baba yaşındakıların bir çoxu cırtdanlar qarşısında iki əyilib torbadan pay dilə(n)məklə məşğuldular. Şaxta baba futbola baş vursa və ya nəsə istənilsə, bir çox sponsorlar kimi müflis olar, boxçası boş qalar… Futbolun öz saxta babalarının “inkişaf” nağılları var… Şaxta babaya yazığınız gəlsin. Gedib uşaqların inandığı nağıllar aləmində balacaları sevindirsə, daha yaxşıdır…”

“2019-cu ildə Azərbaycan futbolunda yeganə yenilik millilərin baş məşqçiləri ilə bağlı olacaq, başqa heç nə”

Samir Abasov, “Zirə”nin baş məşqçisi: “Çox çətin sualdır. Yeni ildə çoxlu klublar, yaxşı maliyyə olmasını istəyərdim. 2019-cu ildə Azərbaycan futbolunda yeganə yenilik millilərin baş məşqçiləri ilə bağlı olacaq, başqa heç nə. Bildiyim qədəri ilə, əcnəbilər gələcək. Yenilik bir dənə bu olacaq. İnkişafdan danışmaq da düzgün deyil. İnkişaf üçün futbola baxış dəyişməlidir. Aidiyyatı qurumlar futbola başqa prizmadan baxmalıdırlar. Fikirlər dəyişilməlidir ki, inkişaf da olsun. Dəyişiklik olmalıdır deyəndə heç kim fikirləşməsin ki, kimsə getməlidir. Uşaq futbolunun inkişafından Premyer Liqaya qədər rəqabət olmalıdır. Bunlar olmadığı üçün inkişaf da yoxdur. Əvvəl qığılcım var idi. O zaman futbol maraqlı idi. Premyer Liqada xeyli komanda var idi. Son illər də göz qabağındadır. Çoxu bunu maliyyə ilə əlaqələndirir. Amma məncə, fikirlər dəyişilməlidir. Futbola faydası olacaq səmt tapmalıyıq”.

“Şaxta babanın reallığı mənim üçün maraqlı deyil”

Tərlan Əhmədov, “Keşlə”nin baş məşqçisi: “Şaxta babanın reallığı mənim üçün maraqlı deyil. Uşaq vaxtı bununla bağlı arzularımız olub. Buna görə də, ondan heç nə istəmirik. İstəyərdik ki, yeni ildə futbolumuz daha da inkişaf eləsin. Yeni nəsil yaxşı yetişsin, gözəl futbolçularımız ərsəyə gəlsin. İş görməliyik ki, bu sahədə uğur əldə edə bilək. Yığmamızı, klublarımızı görmək istədiyimiz səviyyədə görək”.

“Qoy futbolumuz öz “xod”u ilə inkişaf eləsin”

Sənan Qurbanov, “Qəbələ”nin baş məşqçisi: “Mən Şaxta babaya inanmıram. Buna görə də ondan heç nə istəmirəm. Qoy futbolumuz öz “xod”u ilə inkişaf eləsin. İnanclı olduğumuz üçün Şaxta baba ilə aramız yoxdur. İnkişaf üçün uşaq futboluna çox ciddi fikir verməliyik. Qəbələdə olan futbol akademiyalarından digər yerlərdə də olmalıdır. Yaxşı mütəxəssislər cəlb olunmalıdır. Düzdü, bununla bağlı kurslar, təlimlər keçirilir. Amma ilk növbədə meydançalar, akademiyalar olmalıdır. Futbol üçün hər bir şərait olmalıdır. Məncə, dediyim məsələlərə fikir versək, inkişaf olacaq. İstedadlı futbolçularımız var. Lakin müəyyən yaşa gəldikdən sonra durğunluq yaranır. Bu məsələyə xüsusi diqqət ayırmalıyıq”.

“Hər kəs öz yerində işləməlidir”

Ağasəlim Mircavadov, AFFA Məşqçilər Komitəsinin üzvü: “Biz ancaq Allaha inanırıq. Əsas can sağlığı istərdim. Əsas amil budur. Futbolumuzda olan istedadlı uşaqlar çox işləməlidirlər. Məşqçilərimiz öz üzərində çalışmalıdır. Biz də istərdik ki, millimiz Avropa, Dünya çempionatında çıxış etsin. Bir də, hər kəs öz yerində işləməlidir. Ancaq futbolla məşğul olmaq lazımdır. Söhbət iş birliyindən gedir. Uşaq futbolu, akademiyaların hamısı bir-biri ilə zəncirvari əlaqəlidir. Futbol günü-gündən inkişaf edir. Hər il inkişafı gözləyirik. Bunun üçün dediyim amillərə diqqət yetirmək lazımdır”.

Emin Səfərov

COP29

www.yenicag.az

2718
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv