Futbolun “qara bazar” DƏRDİ – “Qarabağ”ın oyunlarının bileti niyə birdən-birə KƏLLƏ-ÇARXA ÇIXDI?

media-hightechnic-468x90

“Ümumiyyətlə, bu “qara bazar” məsələsi sırf “Qarabağ”a aid olan bir məsələ deyil. Bu, nəinki Azərbaycanda, bütün dünyada geniş yayılmış, çox təəssüf ki, artıq “ənənə” halını almış bir problemdir”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Kənan Məstəliyev deyib.

media-kenan-mesteliyev

O, UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ”ın oyunlarına satılan biletlərin “qara bazar”da qiymətlərinin artırılması məsələsinə toxunub.

Onun sözlərinə görə, ən mötəbər futbol yarışlarında belə – Dünya Çempionatının, Çempionlar Liqasının finalında, müxtəlif turnirlərin ən önəmli mərhələlərində də bu kimi hallara rast gəlinir və bunun qarşısını birdəfəlik almaq, kökündən kəsmək mümkün deyil:

“Buna qarşı çox ciddi tədbirlər görülməlidir. Məsələn, abunə sisteminin təmin edilməsi və təşkili bu işin öhdəsindən gəlməyə imkan verə bilərdi və problemi minimum faizə endirərdi. Azərbaycan çempionatındakı oyunlara, “Qarabağ”ın oyunlarına illik abunə alan şəxslərə, Avrokubok matçlarında yerlərin təmin olunması və ya növbədənkənar bilet almaq imkanı verilməsi çıxış yolu ola bilər. Yəni görülə biləcək bir çox tədbirlər var. Mənim gördüyüm və bildiyim qədərilə, “Qarabağ” bu istiqamətdə çox işlər görür və son 2 matçda artıq biletlərin alınma mexanizmini də dəyişib və növbəlilik prinsipini tətbiq edib. Bu məsələdə “Qarabağ”ı birbaşa “qara bazar” problemi ilə bağlamaq doğru deyil”.

“O ki qaldı qiymətlərin qalxmasına, mən düşünürəm ki, bu, tamamilə normaldır. Hətta başqa ölkələrlə müqayisədə Azərbaycandakı qiymətlər çox ucuzdur. Məsələn, 5 manata bilet var, 20 manata da. Avropada isə ikinci eşelon komandalarının adi çempionat oyunlarına belə bilet ancaq 10 avroya tapmaq olar. Çempionlar Liqasında isə qiymətlər minimum 30-40 avrodan başlayır, o da bəxtin gətirsə…”, – deyə o, əlavə edib.

Müsahibimiz düşünür ki, “Qarabağ”ın atdığı addımlar normaldır, çünki Çempionlar Liqasına çıxış xərcləri də artır, tələbat da olduqca yüksəkdir:

“Hətta bir az qəribə səslənsə də, deyə bilərəm ki, qiymətlər o qədər də baha deyil. Bu, Çempionlar Liqasıdır, burada nümayiş etdirilən futbol, gələn rəqiblər tamamilə başqa səviyyədədir. Odur ki, Avropa Liqası, Konfrans Liqası, ölkə çempionatı və digər turnirlərdən fərqli olaraq Çempionlar Liqasında qiymətlərin bahalı olması normaldır. Bunu da normal qarşılamaq və qəbul etmək lazımdır”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa