Futzal üzrə millimiz bu gün Slovakiya ilə qarşılaşacaq

Bu gün futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsinin III qrupunda son oyununa çıxacaq.

Yenicag.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Slovakiya yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 20:00-da başlayacaq və İdman TV ilə canlı yayımlanacaq. Görüşü Ondrjey Çernı (Çexiya), İnqus Purinş (Latviya) və İnqo Hemsotdan (Almaniya) ibarət hakimlər briqadası idarə edəcək.

İlk 2 turdan sonra Slovakiya və Azərbaycan milliləri hərəyə 6 xalla qrup lideridirlər. Hər iki komanda elit-raunda vəsiqəni təmin edib. Bugünkü matç qrup liderinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq.