Füzuli Vəziroğlu: “Müsavatın dünənki mitinqi məni sarsıtdı”
Bildiyiniz kimi, Müsavat Partiyasının sabiq Məclis üzvü və regional koordinatoru Füzuli Vəziroğlu partiyadan istefa verib.
Yenicag.az saytına açıqlamasında o istefasının səbəblərini bildirdi: “1988-ci ildən milli-azadlıq hərəkatının iştirakçısıyam. Uzun illərdir bu yolu gəlirəm. Mənim üçün Rəsulzadə yolu davam edir. İstefam heç də o demək deyil ki, meydanlardan çəkilirəm. Meydan harda var, orada olacağam. Sadəcə Müsavatın dünənki mitinqi məni sarsıtdı. Müsavatın faciəli durumunu və gələcək faciəsini görməmək üçün istefa verdim. Yolumuz Rəsulzadə-Elçibəy yoludur. Bu yolla davam edirik. Gələcək siyasi fəaliyyət barədə isə hələlik düşünmürəm. Sadəcə, hələlik siyasi mənsubiyyətim yoxdur”.
Rüfət