Füzulidə elekrtik enerji ilə bağlı tədbirlər
“Füzuli” Elektrik Şəbəkəsində (EŞ) cari ilin noyabr ayında 19,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu da ötən ilin eyni dövründəki istehlakdan 4,3 milyon kilovat-saata yaxın çoxdur. O cümlədən, məcburi köçkünlər tərəfindən istehlak 16,1 milyon kilovat-saatdan artıq olub.
Cari ilin 11 ayı ərzində müəssisə üzrə istehlak 190,2 milyon kilovat-saata yaxın olub. O cümlədən, məcburi köçkünlər tərəfindən istehlak 132,3 milyon kilovat-saata yaxın olub.
Cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 95 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 264 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 16 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 31 faizdən artıq hissəsinin ödənişi təmin edilib.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində burada 520-yə yaxın qayda pozuntusu aktı tərtib olunub, 1 milyon 725 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 103 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğ əsasən (98 faizdən artıq hissəsi) ödənilib.
(azadinform.az)