G7 səfirləri Ukrayna üçün təcili görüş keçirdi

media-hightechnic-468x90

G7 ölkələrinin səfirləri Ukraynanın energetika naziri Svetlana Qrinçuk və enerji sektorunun nümayəndələri ilə təcili görüş keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə G7-nin Ukraynadakı səfirlərinə dəstək qrupu X səhifəsində yazıb.

Görüşdə Ukraynanın energetika naziri Svetlana Qrinçukla yanaşı, “Naftoqaz”, “Ukrenerqo” və “Enerqoatom”un nümayəndələri iştirak edib.

G7 səfirlərinin Ukraynadakı Dəstək Qrupu görüşün Rusiyanın enerji və mülki infrastruktura hücumları, Ukraynanın bu hücumlara qarşı müdafiəsini dəstəkləmək yolları və ən təcili ehtiyacların qarşılanması mövzularında keçirildiyini bildirib.

Qeyd edək ki, 10 oktyabra keçən gecə Rusiya Ukraynanın enerji sisteminə genişmiqyaslı zərbələr endirib, bu da ölkə üzrə qəfil elektrik kəsintilərinə səbəb olub./axar.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa