“Galaxy Ace Style LTE” smartfonunu satışda

media-hightechnic-468x90

PG1U5GB“Samsung” şirkətinin mobil telefon bazarında əsas özəlliyi bütün, həmçinin ucuz seqmentlərdə olmasıdır. Cənubi Koreya nəhənginin son aparatı məhz sonuncu üçün nəzərdə tutulub.

media-banner_tuq

“Samsung Galaxy Ace Style LTE” aparatı “AMOLED” texnologiyası üzrə hazırlanmış ekrana malikdir. Ekranın təsvir ölçüsü 800×480 piksel təşkil edir.

Smartfon, həmçinin naməlum istehsalçının 1.2 QHs takt tezlikli dördnüvəli prosessoru, 1 QB əməli və 4 QB daxili yaddaşla təchiz olunub.

Cihazın arxa hissəsinə quraşdırılmış daxili 5 meqapiksellik kamera işıq diodu foto işıqlandırıcısı və HD formatında video yazma funksiyasına malikdir.

Bundan başqa, aparat 1900 milliamper/saat tutumunda akkumulyator və NFC, “Wi-Fi 802.11 b/g/n”-ın və “Bluetooth 4.0” simsiz rabitə modulları ilə təchiz edilib. Cihaz danışıq rejimində 11 saat və LTE şəbəkəsində veb səhifələrə baxış zamanı 9 saat işləyir. SİM kartı qoşmaq üçün bir slot nəzərdə tutulub.

“Samsung Galaxy Ace Style LTE” modelini Almaniyadan satın almaq olar. Aparatın pərakəndə satış qiyməti 200 avro təşkil edir. (deyerler.org)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05