“Gallup” – “52% ukraynalı müharibənin dayanmasını istəyir”

media-hightechnic-468x90

“Rusiya 2022-ci ildə genişmiqyaslı işğala başladıqdan sonra Ukraynanın müharibəyə dəstəyi davamlı olaraq azalıb”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynada müharibəyə qarşı ictimai rəyi araşdıran “Gallup” məlumat yayıb.

Dərc edilən hesabatda bildirilib ki, ukraynalıların əksəriyyəti Rusiya ilə müharibənin bitməsini istəyir:

“İki ildən çox davam edən döyüşlərdən sonra sorğuda iştirak edənlərin 52%-i mübarizəni davam etdirməkdənsə, danışıqlar yolu ilə sülhə üstünlük verəcəyini deyib. Rusiya 2022-ci ildə genişmiqyaslı işğala başladıqdan sonra Ukraynanın müharibəyə dəstəyi davamlı olaraq azalıb. Statistika göstərir ki, 2022-ci ildə 73%, 2023-cü ildə isə 63% ukraynalı döyüşü davam etməsində maraqlıdır”.

“Ölkə üzrə 47% göstərici ilə Kiyev, Rusiya ilə mübarizənin davam etdirilməsinə ən yüksək dəstək verən şəhərdir. Xarkov, Dnepropetrovsk, Donetsk və Zaporojya kimi şərq rayonları əhalisinin isə yalnız 27%-i bunu istəyir. Qısacası ölkənin hər bir bölgəsində müharibəyə dəstək göstəricisi 50%-dən aşağıdır”, – statistikada qeyd olunub.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05