Gədəbəydə kütləvi dava salan şəxslərlə bağlı cinayət işi başlanıldı

media-hightechnic-468x90

Avqustun 25-də saat 11 radələrində Gədəbəy rayonu Qalakəndkənd kəndi ərazisində kafelərin birində bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq hərəkətləri ilə bağlı polisə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin hərəkətləri törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq polis şöbəsinə gətiriliblər.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Fakta görə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600