Gədəbəydə maşın dərəyə aşıb

media-hightechnic-468x90
kokokli9oGədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gədəbəy Rayon Polis Şöbəsindən  qərb bürosuna verilən məlumata görə, hadisə Gədəbəy-Novosaratovka avtomobil yolunun 2-ci kilometrliyində baş verib.

Rayon sakini, 29 yaşlı Emin Səfərov “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarında dərəyə aşırıb.

Qəza nəticəsində xəsarətlər alan sürücü Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, avtomobildə olan iki sərnişin, Tərtər rayon sakinləri, Gədəbəy Qızıl mədənində traktorçu işləyən, 61 yaşlı Tofiq Mustafayev və 29 yaşlı Yunis Məmişov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Sürücünün xəsarətlərinin yüngül, digər iki nəfərin vəziyyətinin isə orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa