Gənc qızı avtomobil vurdu-Video

media-hightechnic-468x90

88796sadrfeLənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə yanvarın 31-də Lənkəran-Lerik şose yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İpək yolunun tikintisində çalışan ağırtonnajlı yük maşını hərəkətdə olarkən yolu keçmək istəyən Lerik rayon sakini, 18 yaşlı Şəbnəm Əlövsət qızı Əlinuru vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona təcili olaraq qan köçürülüb.

Zərərçəkmişin səhhətində heç bir irəliləyiş müşahidə olunmadığından o, Bakıya göndərilib. Şahidlərin sözlərinə görə, Şəbnəm Kərgəlanda yaşayan əmisinin evinə qonaq gəlibmiş. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır(apa tv).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa