Gənc qızın qatili həbs edildi
Bakıda 23 yaşlı qızı qətlə yetirən şəxs həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayevanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova tutulub.