Gənc su bəndində boğulub

media-hightechnic-468x90
dxAzərbaycanın Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Yardımlı rayon sakini, 16 yaşlı Zakir Heybər oğlu Ağayev qoyun otararkən ehtiyatsızlıqdan yaxınlıqdakı su bəndinə düşərək boğulub.

Onun meyitini çıxarmaqdan ötrü Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.

Qeyd edək ki, Z.Ağayev bir neçə gün öncə Privolnı kəndində yaşayan bacısının evinə qonaq gəlibmiş.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa