Gəncə 14 rayon gənclərini görüşdürüb

media-hightechnic-468x90

indir (5)Noyabrın 27-də Gəncə şəhərində UNICEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində “Könüllülük/ Qərar qəbul etmədə gənclərin iştirakı” üzrə beynəlxalq konfransı baş tutub . Konfransda layihə çərçivəsində Azərbaycanın 14 şəhər və rayonunda (Ağdaş, Kürdəmir, Naftalan, Ucar, Saatlı, Göygöl, Mingəçevir, Gəncə, Xocavənd, Şirvan, Füzuli, Laçın, İmişli, Zərdab) yaradılmış, gənclərdən ibarət dəstək qruplarının təmsilçiləri, həmin şəhər və rayonların icra hakimiyyəti rəsmiləri iştirak edib. Bundan başqa konfransda Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, layihəyə donorluq edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze, BAMF-nun sədri Umud Mirzəyev və MDB ölkələrindən gələn gənclərdən ibarət nümayəndə heyəti iştirak edib.

Konfransın məqsədi gənclərin “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində öz rayonlarında reallaşdırdıqları kiçik layihələrin təqdimatı və ən yaxşı layihələrin mükafatlandırılması, layihənin hədəf götürdüyü məsələlərin, növbəti illər üçün planlaşdırılan fəaliyyətlərin müzakirəsi, gənclərin hədəf götürülmüş məsələlərlə bağlı fikir və təkliflərinin eşidilməsi və region gənclərinin öz yaşadıqları şəhər və rayonların ictimai həyatında fəal olmalarına nail olmaqdır. Ən yaxşı üç layihəyə görə Xocavənd rayonu, Gəncə şəhəri və İmişli rayonu gənclərindən ibarət dəstək qrupları mükafata layiq görülüb. Həyata keçirilən layihələr “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən bütün hədəf 14 şəhər və rayonun tanıdılması istiqamətində böyük bir şans yaradıb. Bununla gənclərin icra hakimiyyətləri ilə birgə əməkdaşlığını, respublikamızda aparılan gənclər siyasətinin yüksək səviyyədə olmasını beynəlxalq aləmdə nümayiş etdirmək imkanı əldə edilib. Bundan başqa konfransda Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı kimi beynəlxalq təbliğatına, tanıdılmasına, təkcə Gəncə gənclərinin deyil, Azərbaycanın digər regionlarının gənclərinin də bu prosesə cəlb edilməsinə nail olunub.

(modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600