Gəncə avtovağzalında sıxlıq yaşanıb
Qurban bayramı ilə əlaqədar Gəncə avtovağzalında sıxlıq yaşansa da, bu problem yaratmayıb.
Paytaxt Bakıdan və respublikanın digər bölgələrindən Gəncəyə gedən sərnişinlərin bayram tətilindən sonra qayıtmaları problemə yol açmayıb. Xəttə buraxılan avtobusların sayı əvvəlki qünlərə nisbətən artırılıb.
Bilet satışına nəzarət də gücləndirilib. Bu tədbirlər sərnişinlərin mənzil başına rahat çatmalarını təmin edib.
Avtovağzalın rəisi Namiq Həsənovun sözlərinə əsasən, ehtiyatda olan kifayət qədər komfortlu avtobuslar tələbat yaranacağı halda, xəttə buraxılacaq. (salamnews.az)