Gəncə Səhiyyə İdarəsi müdirinin korrupsiya siyahısı
Mehman Rzayevin dəftərxana ləvazimatlarından bir illik gəliri 350 min manat təşkil edib; Gəncə şəhər Səhiyyə İdarəsinin müdirinin UZİ aparatlarından aylıq gəliri 30 min manatdır…
Bir müddət əvvəl AZƏRİNİNFO.ORG Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayevin Gəncədə fəaliyyyət göstərən xəstəxanalardan hər ay topladığı aylıqların siyahısını təqdim etmişdi. Həmin yazı dərc olunduqdan sonra Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayevlə bağlı AZƏRİNİNFO.ORG-a yeni ilginc informasiya daxil olub.
Məlumat verən mötəbər mənbəmiz idda edir ki, Səhiyyə İdarəsinin müdiri yerli xəstəxanalarda fəaliyyət göstərən UZİ apartalarına aylıq 2000 manat hesab qoyub. Daxil olan məlumatda göstərilir ki, Gəncə xəstəxanalarında 15 UZİ aparatının fəaliyyət göstərir və Mehman Rzayevin təkcə UZİ aparatlarından aylıq qazancı 30 min manatdır. Qeyd olunur ki, Səhiyyə İdarəsi müdirinin xəstəxanalrda UZİ apartalarına qoyduğu aylıq hesab bir çox baş həkimin narazılığına səbəb olsa da, sonucda Mehman Rzayevlə razılaşmağa məcbur olublar.
Daxil olan məlumata əsasən Mehman Rzayevin digər əsas gəlir mənbələrindən biri də xəstəxana və poliklinikaların adına yazılıan dəftərxan ləvazimatlarının alınması maxinasiyasıdır. Belə ki, ötən il Mehman Rzayevin dəftərxana ləvazimatı almaq adı altında dövlətin 350 min manatını mənimsədiyi iddia olunur. Belə ki, Mehman Rzayev xəstəxanalara, poliklinikalara ayrılan dəftərxana ləvazimatlarına ayrılan vəsaitləri sənədləşdirərək nəqdləşdirir və bu zaman xəstəxanqa rəhbərlərindən dəftərxana ləvazimatlarını öz pulları ilə almağı tələb edir.
Bundan başqa səhiyyə idarəsi müdirinin əsas korrupsiya işlərindən biri də xəstəxanaların və poliklinikaların cari təmiri məsələsidir. Məlumatlı mənbə iddia edir ki, Mehman Rzayev cari təmirləri əsasən xəstəxana otaqlarının boyalnaması və poliklinika həyətlərinin kosmetik düzəldilməsindən ibarətdir. Halbuki hər il cari təmirlərə nə az nədə çox təxminən 500 min mantdan çox vəsait ayrılır. Ancaq Səhiyyə idarəsinin rəisi həmin vəsaitin çox hissəsini mənimsəyir və yenə də xəstəxana rəhbərlərindən öz daxili imkanları ilə xəstəxana və poliklinkaları kosmetik təmir etməyi tələb edir. Buna etiraz edənlər isə işlərindən olacaqlarını yaxşı bilirlər. Çünki Gəncəjə hamı Mehman Rzayevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin yaxın dostu oldkğunu yaxşı bilirlər.
Elə ona görə də Mehman Rzayevin Gəncədə qılıncının dalı da, qabağı da kəsir. Məlumatlı şəxs bildirir ki, Səhiyyə idarəsi əldə etdiyi yüzminlər sayəsində Gəncə şəhərində bir neçə iri obyektə, Göygöldə dəbdəbəli imarətə, mağazaya sahib olub. Hətta paytaxt Bakı şəhərində Binəqədi rayonun Mehdiabad qəsəbəsində Mehman Rzayevin milyonluq villasının olduğu bildirilir.
Qeyd edək ki, Gəncə səhiyyə idarəsinin müdiri Mehman Rzayevin xəstəxanalarda və poliklinikalarda yüzminlik ərzaq maxinasiyaları ilə bağlı redaksiyamıza daxil olan informasiyaları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.