Gəncədə beynəlxalq konfrans keçirildi

media-hightechnic-468x90

10806227_696784530428873_6272520399118459207_nBAMF və UNICEF-in dəstəyi ilə Gəncədə beynəlxalq konfrans keçirilib

Avropa Gənclər Paytaxtı Gəncə şəhərində UNICEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində “Könüllülük/ Qərar qəbul etmədə gənclərin iştirakı” üzrə beynəlxalq konfransı baş tutub . Konfransda layihə çərçivəsində Azərbaycanın 14 şəhər və rayonunda (Ağdaş, Kürdəmir, Naftalan, Ucar, Saatlı, Göygöl, Mingəçevir, Gəncə, Xocavənd, Şirvan, Füzuli, Laçın, İmişli, Zərdab) yaradılmış, gənclərdən ibarət dəstək qruplarının təmsilçiləri, həmin şəhər və rayonların icra hakimiyyəti rəsmiləri iştirak edib. Bundan başqa konfransda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova, layihəyə donorluq edən UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze, BAMF-nun sədri Umud Mirzəyev və MDB ölkələrindən gələn gənclərdən ibarət nümayəndə heyəti iştirak edib.

Konfransın məqsədi gənclərin “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində öz rayonlarında reallaşdırdıqları kiçik layihələrin təqdimatı və ən yaxşı layihələrin mükafatlandırılması, layihənin hədəf götürdüyü məsələlərin, növbəti illər üçün planlaşdırılan fəaliyyətlərin müzakirəsi, gənclərin hədəf götürülmüş məsələlərlə bağlı fikir və təkliflərinin eşidilməsi və region gənclərinin öz yaşadıqları şəhər və rayonların ictimai həyatında fəal olmalarına nail olmaqdır. Ən yaxşı üç layihəyə görə Xocavənd rayonu, Gəncə şəhəri və İmişli rayonu gənclərindən ibarət dəstək qrupları mükafata layiq görüldü. Həyata keçirilən layihələr “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən bütün hədəf 14 şəhər və rayonun tanıdılması istiqamətində böyük bir şans yaradıb. Bununla gənclərin icra hakimiyyətləri ilə birgə əməkdaşlığını, respublikamızda aparılan gənclər siyasətinin yüksək səviyyədə olmasını beynəlxalq aləmdə nümayiş etdirmək imkanı əldə edildi.  Bundan başqa keçirilən konfransda Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı kimi beynəlxalq təbliğatına, tanıdılmasına, təkcə Gəncə gənclərinin deyil Azərbaycanın digər regionlarının gənclərinin də bu prosesə cəlb olunmasına nail olundu.

1598821_696785143762145_6522388244897665760_o 1800313_696784347095558_2126868856377745289_n 1972455_696784517095541_5043096442537119733_n 10399440_696783460428980_1756146478828174328_n 10451683_696783420428984_8997192385806863548_n 10520581_696784940428832_3031157142395527513_n 10599539_696784680428858_8092003478130702726_n 10687310_696784520428874_4658576349056765870_o 10806227_696784530428873_6272520399118459207_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600