Gəncədə dəm qazından zəhərlənənlərin son durumu (YENİLƏNİB)

media-hightechnic-468x90

29.11.2025-ci il tarixində saat 02:10 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

media-banner_tuq

Bu barədə “Yenicag.az”a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***08:54

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

“Yenicag.az “ın məlumatına görə, hadisə şəhərin Məhrəsə Bağı adlanan ərazisində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü G.Cəfərova,1976-cı il təvəllüdlü L.Cəfərova və 1991-ci il təvəllüdlü Z.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05