Gəncədə doğuş zamanı ölüm baş verib
Gəncə şəhərində doğuş zamanı ölüm faktı qeydə alınıb.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə Gəncə Regional Perinatal Mərkəzində baş verib.
Kəlbəcər rayon sakini, 23 yaşlı Ləman İlham qızı Məmmədova doğuş üçün mərkəzə yerləşdirilib. Doğuşdan sonra uşaq ölüb. Prokurorluqdan verilən məlumata görə, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.