Gəncədə əkiz qardaşları maşın vurdu

media-hightechnic-468x90

zaqatalada-piyadani-vuraraq-qacan-surucu-daha-bir-yol-qezasi-toredib-01111Gəncədə əkiz qardaşlar avtomobil zərbəsinə tuş gəlib. Bu gün Gəncə şəhəri Neman Vəliyev küçəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Şəhər sakinləri 18 yaşlı Mürsəl və Rəsul Kəngərli qardaşları piyadalar üçün nəzərdə tutulan səki ilə gedərkən, sürətlə hərəkətdə olan “VAZ 21015” markalı avtomobil tərəfindən vurulublar.

Bundan sonra sürücü idarəetməni itirərək ağaca çırpılıb. Sürücü hadisə yerini tərk edərək qaçıb.

Polis əməkdaşları müəyyən edib ki, Mürsəl və Rəsul Kəngərliləri vuran sürücü Gədəbəy sakini 26 yaşlı Rövşən Mahmudovdur. O, saxlanılaraq həkim müayinəsindən keçirilib. Saxlanılan şəxsin sərxoş olma ehtimalı var.

Xəsərət alanlar həkim nəzarəti altındadır. Onların səhhətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. (Kəpəz TV)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600