Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gəncədə ƏMƏLİYYAT - “Patı” satanlər saxlanıldı - FOTO

Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, şəhər sakini İbrahim Qasımov Gəncə ŞBPİ Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 35 manata İlkin adlı şəxsdən aldığını bildirib. Əvvəllər məhkum olunmuş İlkin Mahmudov da saxlanılıb. O, İ.Qasımova narkotik maddə satdığını, özü isə Hüseyn adlı şəxsdən aldığını etiraf edib.

Hüseyn Fərman oğlunun yeri müəyyən edilərək saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “metamfetamin” aşkar edilərək götürülüb.

Bundan başqa Kəpəz RPİ əməkdaşları tərəfindən şəhər sakini Ramiz Musayev saxlanılıb. Həmin şəxsin üzərindən qanunsuz olaraq “heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən faktlar üzrə cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

www.yenicag.az

364
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100