Gəncədə iki avtomobil toqquşub

media-hightechnic-468x90

скачанные файлыGəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, hadisə ötən gecə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.

Gəncə şəhər sakini, 34 yaşlı Mahir Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə 30 yaşlı Anar Alışanovun idarə etdiyi eyni markalı maşın toqquşub.

Qəza nəticəsində sürücülər, M. Hüseynovun idarə etdiyi avtomobildə olan sərnişinlər, 53 yaşlı Kamal Qasımov və onun qızı 21 yaşlı Esmira Qasımova və A. Alışanovun avtomobilində olan sərnişin, 39 yaşlı Anar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Onlardan sürücü A. Alışanovla sərnişin A. Əliyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa