Gəncədə külli miqdarda aksiz markasız siqaret və spirtli içki aşkarlandı

media-hightechnic-468x90

Gəncə Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan siqaretlərin və saxta aksiz markası ilə markalanmış spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, şəhərin ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobilin yük yerindən aksiz markası ilə markalanmayan müxtəlif markalı 66 200 ədəd siqaret və saxta aksiz markası ilə markalanmış 48 ədəd spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa